Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın Henin həbsi barədə qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.
Martın 27-də Koreya Respublikasının Prokurorluğu məhkəməyə müvafiq sorğu göndərib. Beləliklə, məhkəmə istintaq tərəfindən sabiq prezidentin ünvanına irəli sürülən ittihamlar ilə razılaşmış olub. Əsas ittihamlar rüşvətxorluq və hakimiyyətdən sui-istifadə olub.
N.О.
www.oxu.az