Çinin Şanxay şəhərində binanın uçması nəticəsində 5 nəfər ölüb.
Oxu.Az trend-ə istinadən verdiyi məlumata görə, bu haqda Çinin Mərkəzi Televiziyası xəbər verib.
Məlumata görə, Tsyadin rayonunda 3 mərtəbəli bina uçub, hadisənin səbəbi hələ məlum deyil.
Xilasetmə əməliyyatı hadisədən dərhal sonra başlayıb, dağıntılar altından 6 nəfəri sağ çıxarmaq mümkün olub, lakin onlardan 5-i aldığı zədələrdən xəstəxanada dünyasını dəyişib
Z.Q.
www.oxu.az