Çinin Vençjou şəhərində dörd yaşayış binasının çökməsi nəticəsində səkkiz nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” yerli KİV-ə istinadən xəbər verir.
Hazırda xilasedicilər dağıntılar altından 13 nəfəri çıxara biliblər, onlardan 8-i aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Binalar yerli vaxtla saat 05:30-da (00:30 Bakı vaxtı ilə) uçublar.
Yerli KİV-in müxtəlif mənbələrə istinadla verdiyi xəbərə görə, dağıntıların altında 20-dən çox insan ola bilər.
N.O.