Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çində qədim qayaüstü rəsmlər aşkar edildi
Çinin şimal-qərbindəki Sinxay əyalətində arxeoloqlar qədim qayaüstü rəsmləri olan yeni ərazi aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Sinxua agentliyi Yuşu-Tibet Muxtar Vilayətinin Tarix və Mədəniyyət İnstitutuna istinadən məlumat yayıb.
Petroqliflər Tuntian çayı hövzəsində, Çumarleb bölgəsində qaya üzərində tapılıb. Alim Camyanq Nyimanın sözlərinə görə, onlar Çin köçərilərinin həyatından səhnələri təsvir edir. Təsvirlərin yaşı hələ müəyyənləşdirilməyib.
Bildirilib ki, hazırda çay hövzəsində 10 minə yaxın qayaüstü rəsmdən ibarət 60-dan çox yer aşkar edilib. Onlardan ən qədiminin təxminən 3200 yaşı var.
"Çin" teqi üzrə xəbərlər
- Çindən Hindistana "Əjdaha və filin tanqosu" çağırışı
- Myanmada zəlzələ nəticəsində ölənlərin sayı üç minə yaxınlaşıb
- Trampdan "TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"
- Myanmada güclü zəlzələdə ölənlərin sayı 2 000 nəfəri keçdi
- ABŞ senatoru Rusiya və Çini "Signal" mesencerinə müdaxilə etməkdə ittiham edir