ABŞ-ın vitse-prezidenti Co Bayden ölkənin yeni seçilmiş prezidenti Donald Trampa davranış modelini dəyişməyə və milyardçını “böyüməyə” çağırıb.
Oxu.Az bu barədə PBS-ə istinadən xəbər verir.
“Böyüyün Donald, böyüyün. Artıq böyük olmaq vaxtıdır. Siz prezidentsiniz, nəyə qadir olduğunuzu göstərin”, - Bayden Trampın “Twitter” sosial şəbəkəsindən istifadə etməsini şərh edərkən bəyan edib.
Bundan başqa Bayden, Trampın administrasiyasının ABŞ-ın həm daxili, həm də xarici siyasətinə edəcəyi dəyişikliklərdən narahat olduğunu əlavə edib.
İ.N.
www.oxu.az