Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Corceskuya qarşı irəli sürülən ittihamın arxasında Avropa İttifaqı dayanır?
Rumıniya prezidentliyinə namizəd Kelin Corceskuya qarşı ölkə prokurorluğunun ittiham irəli sürməsi qərarının arxasında Avropa İttifaqının rəhbərliyi dayanır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun yaydığı məlumatda deyilir.
Bildirilib ki, 2024-cü ilin sonunda Rumıniyada keçirilən prezident seçkisinin ilk turunun nəticələrinin etibarsız sayılmasında əsas rol oynayan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Buxarestdəki indiki hakimiyyətdən Corceskunun may ayında təkrar seçkidə iştirakına yol verməməyi tələb edib.
"Lyayen "sistemə daxil olmayan qüvvələr"in namizədinin seçki kampaniyasını davam etdirəcəyi təqdirdə Rumıniyanın Avropa İttifaqı fondlarına çıxışını məhdudlaşdıracağı ilə hədələyib", - deyə kəşfiyyat xidmətinin açıqlamasında bildirilir.