Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) ölkə prezidentliyinə sabiq namizəd Kelin Corceskunu dələduzluq və mütəşəkkil cinayətkar dəstənin təşkilində şübhəli bilinərək həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi mətbuat açıqlamasında bildirilib.
"Buxarest şəhərində, eləcə də Moqoşoaya, Çolpan və Buftya yaşayış məntəqələrində beş axtarış həyata keçirib. Əməliyyat mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması və dələduzluqla bağlı cinayət işi çərçivəsində baş tutub", - deyə məlumatda bildirilir.
Vurğulanır ki, tutulanlardan biri də Corceskudur və o, avtomobildə hərəkətdə olarkən saxlanılıb.