Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
COVID-19-dan sağalanlar xəstəliyin şiddətli saç tökülməsinə səbəb olduğunu deyirlər.
“The Sun” nəşri xəbər verir ki, sosial şəbəkələrdə və mütəxəssislərin qəbulunda insanlar sağalandan sonra yaranan keçəlləşmədən şikayət edirlər.
“Saçlarımın təxminən 55 faizini itirmişəm və hər gün daha çox tökülür”, - deyən Qreys Dadli xəstəxanadan çıxdıqdan bir ay sonra bunun fərqinə varıb.
COVID-19 xəstələrinə dəstək qrupunun yaradıcısı, koronavirusdan sağalan Luiza Barns qeyd edir ki, qrup üzvlərinin üçdə birindən çoxu, özü də daxil olmaqla, qismən saç tökülmədən əziyyət çəkməyə başlayıblar.
Həkimlərin fikrincə, bu hadisə koronavirus infeksiyasının əsas simptomlarından biri - temperaturun artması ilə əlaqələndirilə bilər.
"COVID-19" teqi üzrə xəbərlər
- Ölümlər NİYƏ "CAVANLAŞIB"? - "İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil"
- Canımızdan çıxmayan xəstəlik: NECƏ SAĞALAQ?
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
Rəylər