Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Crocus City Hall”dakı terroru törədənlərlə bağlı YENİ DETALLAR
“Crocus City Hall” konsert kompleksində terror aktının təşkilatçıları Mərkəzi Asiyada yerləşən ölkələrindən birində də oxşar hadisə törətmək niyyətində olublar, lakin onun qarşısı alınıb.
Rusiya mətbuatı bu barədə məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbə terror aktının hazırlandığı ölkənin adını çəkməsə də, bunun “Crocus City Hall”dakı hücumla eyni vaxtda baş verməli olduğunu qeyd edib.
İnformasiyanı təqdim edən şəxs törədilən terror aktının bəzi təfərrüatını da açıqlayıb.
Onun sözlərinə görə, cinayətkarlar konsert zalını benzin ilə yandırıblar.
“Qrupun üzvləri klassik mənada mütəşəkkil terror təşkilatının üzvləri deyil, onlar heç bir struktur çərçivəsində mövcud olmayıblar, terror aktını isə bir neçə həftə əvvəl planlaşdırıblar”, - deyə o bildirib.
Məlumatda həmçinin qeyd olunur ki, terrorçular Moskvadan Bryansk vilayətinə, oradan isə Belarus ərazisinə keçməyi və bu ölkədə gizlənməyi planlaşdırıblar.
Bundan əlavə, törədilən terror aktına görə qruplaşma üzvlərinə ümumilikdə 500 min rubl (9250 AZN - red.) pul ödənilməsi nəzərdə tutulub.
Son məlumata əsasən, Moskvadakı terror hadisəsi ilə bağlı ümumilikdə 11 nəfər tutulub.
Mənbə: İzvestiya
Mövzuya aid xəbərlər
- Moskvadakı dəhşətli terrorda yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO
- “Crocus City Hall”dakı dəhşətli terrorun yeni detalları məlum olub - FOTO/VİDEO
- Terrorçulardan biri martın əvvəlində “Crocus”da olub və şəkil çəkdirib - FOTO
- Moskvada terrorçuların “Crocus”a daxil olmasının yeni görüntüləri yayılıb - VİDEO
- “Crocus City Hall”da terror anının daha bir dəhşətli görüntüsü: “Ora dalandır! Aşağı qaçaq” - VİDEO
Rəylər