Tacikistanda koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Bu barədə RİA “Novosti” ölkənin dövlət televiziyasına istinadən xəbər verir.
Tacikistanın Səhiyyə Nazirliyi pandemiya nəticəsində iki nəfərin dünyasını dəyişdiyini rəsmi olaraq təsdiqləyib. Son məlumatlara əsasən, ölkədə 76 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, Tacikistan digər ölkələrdə COVID-19 yayılmağa başlayan kimi bütün sərhədlərini bağlamışdı. Lakin buna baxmayaraq ölkədə bir neçə gün öncə ilk yoluxma halları üzə çıxdı.