Dayver köpək balığını trans halına salaraq, balıqçı qarmağından xilas edib.
“Daily Star” bununla bağlı kadrlar paylaşıb.
Bildirilir ki, dayver Uolter Bernardis 90 kiloqramlıq yırtıcını çevirib, bundan sonra köpək balığı tanatoz (yalançı ölüm) vəziyyətinə düşüb.
Sonra U.Bernardis 2,5 metrlik köpək balığının ağzından qarmağı çıxararaq, onu sərbəst buraxıb.