Suriyanın paytaxtı Dəməşq şəhərində törədilən terror aktı zamanı ən azı altı nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə şəhər polisindəki mənbə məlumat verib.
“Kafrsus rayonunda baş verən partlayış altı nəfərin həyatına son qoyub, bəzi yaralıların vəziyyəti ağırdır”, - polis işçisi deyib.
İlkin məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
S.B.
www.oxu.az