Suriyanın paytaxtı Dəməşqdə restoran minaatanlardan atəşə tutulub.
Oxu.Az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
İnsident hökumət qüvvələrinin nəzarəti altında olan ərazidə, şəhərin mərkəzində baş verib. Hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.