Ukraynanın “Müxalifət bloku”ndan deputat Dmitri Dobkin Ali Radanın iclasında qəribə davranışı ilə diqqət çəkib.
Oxu.Az bu barədə NTV-yə istinadən xəbər verir.
Radanın iclasında Dobkin yerindən durub, mərmər sütunun arxasına keçərək həb atıb və yerinə qayıdıb. Daha sonra o, özünü qəribə aparıb: yerində narahat oturub, dodağını yalayıb, gözlərini bərəldib. Bir qədər sonra isə yerindən qalxaraq sütunun arxasında gizlənib.
Kameralar Dobkinin telefonundakı yazışmanı da çəkə biliblər. Belə ki, o, həbi içənə qədər turizm agenti ilə yazışırmış. Yazışmaya əsasən, Dobkin 135 min avro dəyərində 14 günlük səfərə hazırlaşırdı.
N.O.
www.oxu.az