Dubayda yaxın zamanlarda qadınlar üçün təcili yardım xidməti yaradılacaq.
Oxu.Az-ın Arabian Business agentliyinə istinadən verdiyi xəbərə görə, avtomobil çəhrayı rəngə boyadılacaq və tibb işçilərini qadın və uşaqlara təcili yardım göstərmək üçün çatdıracaq.
Xidmət səhər saat 11:00-dan axşam 11:00-a kimi fəaliyyət göstərəcək. Tibb işçiləri yeni doğulmuş uşaqlara və hamilə qadınlara ilkin tibbi yardım göstərmək üçün təlim keçiblər. Briqadanın tərkibində yalnız zərif cinsin nümayəndələri olacaq.
N.O.