Dubayda tikilməkdə olan 60 mərtəbəli göydələndə yanğın baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə yerində xilasedicilər işləyir, yaxınlıqdan keçən yollar bağlanıb.
Zərərçəkənlərin olması barədə məlumat yoxdur.
Bina, tikintisi 2018-ci ildə başa çatmalı olan üç göydələndən ibarət kompleksə daxildir.
A.M.