Əfqanıstan və Pakistan iki ölkə arasında atəşkəsin müddətinin davam etdirilməsi barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflərin nümayəndələri müvəqqəti atəşkəsin gücləndirilməsi məqsədilə oktyabrın 25-30-da İstanbulda keçirdikləri görüşlərin yekunları üzrə bu qərara gəliblər.
Atəşkəsin tətbiqinə dair əlavə prinsiplər noyabrın 6-da İstanbulda rəhbərlər səviyyəsində keçiriləcək görüşdə müzakirə ediləcək.
Qeyd edilir ki, iki ölkə arasında danışıqlar Qətər və Türkiyənin vasitəçiliyi ilə baş tutub.
Xatırladaq ki, Əfqanıstan və Pakistan arasında sərhəddə baş vermiş toqquşmalardan sonra elan edilmiş 48 saatlıq atəşkəsin müddəti oktyabrın 18-19-da Dohada keçirilən danışıqların əsasında uzadılmışdı.