Əfqanıstanda avtobusla yanacaq daşıyan maşının toqquşması nəticəsində 50 nəfər ölüb.
Oxu.Az Khaama Press agentliyinə istinadən xəbər verir ki, qəza Əfqanıstanın Zabul əyalətində Kabil-Qəndəhar magistralında baş verib.
Ölənlərin sayının artacağı istisna edilmir.
Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.