Küveytin paytaxtı Əl-Küveytdə bu gün səhər opera binasının yerləşdiyi Şeyx Cabir əl-Əhməd adına mədəniyyət mərkəzində güclü yanğın baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, mədəniyyət mərkəzinin binasından tüstü və alov çıxır.
Hadisə yerinə yanğınsöndürənlərdən ibarət briqadalar və təcili yardım heyəti göndərilib.
Yanğının səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Əl-Küveytdə opera evi ötən ilin payızında açılıb. Onun inşasına 775 milyon ABŞ dolları xərclənib.
A.M.