Tacikistan prezidenti Emomali Rəhmon böyük qızı Ozoda Rəhmonu öz administrasiyasına rəhbər təyin edib.
Oxu.Az TASS-a istinaən xəbər verir ki, bu barədə fərmanı dövlət başçısı yanvar ayının 27-də imzalayıb.
36 yaşlı Ozoda Rəhmon bu günə qədər Tacikistanın Xarici işlər nazirinin birinci müavininin vəzifəsini icra edirdi.
Daha öncə xəbər verildiyi kimi, prezidentin kiçik oğlu 27 yaşlı Rüstəm Emomali general vəzifəsini yerinə yetirərək, korrupsiya əleyhinə agentliyinə rəhbərlik edir.
Emomali Rəhmonun 9 uşağı var.