Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya hökümətini xarici işlər naziri Mövlüd Çavuşoğlunun ölkəyə buraxılmamasına dair qərarına görə tənqid edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, martın 11-də, Reuters nəşri məlumat yayıb.
İstanbulda mitinqdə dövlət başçısı Niderlandı nasizm və faşizmin qalığı adlandırıb.
Bundan əlavə, Ərdoğan rəsmi Amsterdamı cavam tədbirləri ilə hədələyib.
“Baxarıq, Hollandiya, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatlardan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər”.
S.B.
www.oxu.az