Rəcəb Tayyib Ərdoğan rəsmi olaraq Türkiyə prezidenti oldu.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, tacqoyma mərsimi parlamentdə baş tutub, növbədənkənar baş asambleya spiker Cəmil Çiçək tərəfindən çağırılıb.
60 yaşlı Ərdoğan Məclis rəyasət heyətindən onun prezident seçilməsinə dair protokol alıb və and içib. Beləliklə avqust ayının 10-da ümumxalq səsvermə yolu ilə seçilmiş Türkiyənin 12-ci prezidenti rəsmi olaraq vəzifəsinin icrasına başladı.
Yaxın günlərdə Ərdoğanın baş nazir Əhməd Davudoğluna yeni hökümətin yığılmasını tapşıracağı gözlənilir. Onun təsdiqlənməsinə isə parlament avqust ayının 29-da baxacaq.
Prezidentin vəzifə icrasına başlanmasına dair protokol hissəsi başa çatdı. Tayip Ərdoğanın və ondan öncəki prezident Abdulla Gülün təşəbbüsü ilə türk liderinin iqamətgahında səlahiyyətlərin təhvil verilməsinə həsr edilmiş təntənəli tədbir keçiriləcək. O, qanunla icbari deyil, və 2000-ci ildə prezident Əhmət Necet Sezer tərəfindən ləğv edilmişdi.
Bu gün bu ənənə yenidən bərpa ediləcək. Məraismə 90 ölkənin nümayəndəsi, o cümlədən prezidentlər, hökumət başçıları, nazirlər və diplomatik missiyaların rəhbərləri dəvət edilib.