Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ərdoğan Səudiyyə Ərəbistanına hərbi baza açmağı təklif etdi
“Hələ o zaman Qətər ərazisində hərbi baza açmaq barədə qərar qəbul edəndə mən Səudiyyə Ərəbistanı kralı ilə görüş zamanı Krallıq ərazisində hərbi baza açmaq barədə təklif etmişdim”.
Oxu.Az Trend.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP telekanlına verdiyi müsahibəsində deyib.
Ərdoğanın sözlərinə görə, o zaman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildirib ki, Ər-Riyad bu variantı nəzərdən keçirəcək.
Daha sonra Ərdoğan fikrini tamamlayıb: “Lakin hələ bu günə qədər bizim krallıq ərazisində hərbi baza yerləşdirmək barədə təklifimizə Səudiyyə Ərbistanı cavab verməyib”.
S.S.
www.oxu.az
"Qətər" teqi üzrə xəbərlər
- Burak Özçivit qadın pərəstişkarı ilə şəkil çəkdirmək üçün bir milyon dollar alıb?- Modeldən açıqlama
- Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib
- İsrail nümayəndə heyəti atəşkəs danışıqları üçün Qətərə gedir
- Qətərdə Yeni il şənliyindən sonra çox sayda insan xəsarət alıb
- Qətər Avropanı qaz tədarükünü dayandırmaqla hədələyib