Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyan avqust ayının 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərini qəbul etməsinə həsr edilmiş tədbirdə iştirak edib.
Oxu.Az NEWS.am-a istinadən xəbər verir ki, Ermənistanın xarici işlər nazirliyində bildiriblər ki, tədbir çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin qəbulu zamanı Nalbandyan Türkiyə prezidenti Ərdoğanla görüş keçirib.
Bu görüş zamanı o, Ermənistan prezidenti Serj Sarkisyanın 2015-ci il aprel ayının 24-də Yerevanda keçiriləcək “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə iştirak etmək üçün rəsmi dəvətini təqdim edib.