Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməni arxiyepiskopundan Paşinyanın kilsə ilə bağlı təklifinə sərt reaksiya: "Xəstə ağlın bəhrəsi"
Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda vergitutma tətbiq etməklə Erməni Apostol Kilsəsinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı təklifi din adamlarının kəskin tənqidinə səbəb olub.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan bu ideyanı "xəstə ağlın bəhrəsi" adlandırıb və dünyanın heç bir ölkəsində belə praktikanın olmadığını vurğulayıb.
Qeyd edək ki, İsveçrədəki erməni diasporunun nümayəndələri qarşısında çıxış edən Paşinyan sual verib: "Niyə kilsə şamları satdığı zaman kassa qəbzləri vermir?".
Bu arqument Adjapaxyanda çaşqınlıq yaradıb.
"Qoy, heç olmasa bir ölkənin adını çəksin ki, orada kilsə şamları qəbzlə satılır", - deyə o bildirib.
"Erməni Apostol Kilsəsinin şəffaflığına gəlincə, bunu təmin edən kassa aparatları deyil. Kilsə öz xidmətində və missiyasında şəffafdır. Paşinyan söz verib ki, korrupsioner din xadimlərini ifşa edəcək - birini də olsa tapıb heç olmasa?", - deyə arxiyepiskop əlavə edib.
Rəylər