Argentinanın erməni əsilli işadamı Eduardo Ernekyan Ermənistanın “Erməni Dirçəlişi” Partiyasının sədri Artur Baqdasaryanı məhkəməyə verib.
Оxu.Az xəbər verir ki, E.Ernekyan Ermənistanın “Haypost” Milli Poçt Xidmətinin sahibidir.
İşadamı A.Baqdasaryandan 1800 dollar məbləğində borcunu ödəməyi tələb edir. Məhkəmənin qərarına əsasən, partiya sədri borcunu ödəməlidir.
Məlumata görə, 84 yaşlı E.Ernekyana Ermənistanın "Milli Qəhrəmanı” adı verilib.
N.H.