Yeni realiti-şounun tənqidçiləri bu şounun gələn ay kabel televiziyasında efirə gedəcək premyerasının qarşısını almaq məqsədi ilə Kaliforniyanın Qlendeyl şəhərində sosial şəbəkələrdə kampaniyaya başlayıblar.
Realiti-şou Qlendeyldə yaşayan ermənilərin həyatını əks etdirir. Xatırladaq ki, ABŞ-da erməni icmasının sayca ən çox yaşadığı yerlərdən biri də bu Qlendeyl şəhəridir.
Oxu.Az “NBC”-yə istinadən xəbər verir ki, “Qlendeyldə həyat” realiti-şousu “USArmeniaTV” telekanalının verilişidir, bu şouda gənc və zəngin erməni cütlüklərinin həyatı göstərilir.
“USArmeniaTV” telekanalının rəhbəri Baqrat Sarkisyan qeyd edib ki, bu şou digər realiti-şoulardan fərqlənir. Realiti-şounun İnstagram səhifəsində “veriliş gözəl erməni xanımlarının və zəngin erməni kişilərinin dəbdəbəli həyatını əks etdirir” yazılıb.