Rusiya, Belarus və Qazaxıstan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə qoşulması haqqında sənəd imzalayıblar.
Bu barədə Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir.
Rusiya, Belarus və Qazaxıstan prezidentləri Avrasiya iqtisadi komissiyasına üç ölkə hökuməti ilə birgə Aİİ-nin əsas ticarət tərəfdaşları ilə iqtisadi əməkdaşlığın inkişafına yanaşmalar üzrə təkliflər hazırlamağı tapşırıblar.
Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə 2015-ci ildə qüvvəyə minir.