Erməni fahişələrinin bundan sonra “işi” ağır olacaq. Belə ki, onların görüntüləri internetdə yayıla bilər.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, İrəvan prospektlərindən birində “İrəvan-moll” ticarət mərkəzinin qarşısında yeni yol nişanı quraşdırılıb.
Nişanda dayanmış maşın və klassik pozada sürücü-müştəriyə əyilmiş qadın şəkli təsvir edilib. Başqa sözlə, burada fahişələrə dayanmaq qadağan edilir. Nişanın altında isə bu sözlər yazılıb: “Əgər burada saat 22.00-dan səhər saat 10.00-a qədər fəaliyyət göstərsəniz, internetə düşəcəksiniz”.
Nişanı quraşdıran “İrəvan-moll” ticarət mərkəzi bu haqda açıqlama da verib:
“Nişan bir aya yaxındır quraşdırılıb. Fahişələr həqiqətən problem yaradır. Təxminən axşam 22:40-dan fahişələr bura yığılır. Nişanın qurulması ilə problemi həll etməyi qismən də olsa bacardıq. Düzdür, fahişələrlə birlikdə taksilər də yox oldu”.
