Bakı Metropoliteninin konseptual planında yerüstü metro xətlərinin çəkilməsi olmasa da, gələcəkdə bu məsələyə baxıla bilər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev söyləyib.
Onun sözlərinə görə, hazırda konseptual sxem üzrə işlər görülür:
“Hələlik yerüstü xətlərin çəkilməsi planda olmasa da, yeraltı bəzi yeni xətlərin olacağı dəqiqdir. Belə ki, bu yeniliklərdən biri də “sarı xətt”in olmasıdır. Bu xəttdə Binəqədi qəsəbəsindən Bibiheybətə metro xətti çəkiləcək”.