Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ermənistanda bir məktəbdə fars dili sinfi açılıb
İranın Ermənistandakı səfirliyinin maliyyə dəstəyi ilə İrəvanda əsaslı təmirdən çıxan 61 saylı məktəbdə "Hafiz zalı" və fars dili sinfi açılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, açılış mərasimi İranın İrəvandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhedin iştirakı ilə baş tutub.
Mehdi Sübhani Ermənistan hökumətinin məktəblərdə fars dilinin öyrənilməsinə şərait yaratmasını və müəllimlərin fars dilində tədrisini yüksək qiymətləndirərək, ölkədə fars dili sinfinin açılmasının xalqlar arasında dostluq əlaməti olduğunu bildirib.
Fars dilinin tədrisinə dəstəyinə görə İran səfirinə təşəkkür edən məktəbin direktoru Lusin Qriqoryan fars dilini öyrənən şagirdlərin gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacağına, öz bilik və bacarıqlarını İran-Ermənistan əlaqələrinin inkişafına sərf edəcəyinə inandığını deyib.
Açılış mərasimində habelə erməni şagirdlərə fars dili kitabları paylanılıb.
"İran" teqi üzrə xəbərlər
- SEPAH İranda yeni radar sistemi qurur
- İran rəsmisi: "Tehran ABŞ ilə münaqişənin qarşısını almaq üçün Yəməndən qoşunlarını çıxarır"
- İran Fars körfəzindən Sudana silah daşıyır
- İran səfiri "3+3" formatından danışıb: "Sülhə nail olmaq üçün istifadə edilə bilər"
- Fransa XİN-dən İranla bağlı açıqlama: "Münaqişə qaçılmazdır"