Ermənistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçu ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hadisə sentyabrın 24-də qeydə alınıb.
"Sentyabrın 24-də hələlik tam müəyyən edilməmiş şəraitdə baş vermiş partlayış nəticəsində müqaviləli hərbi qulluqçu D.K. həlak olub", - deyə məlumatda bildirilir.
Bildirilir ki, hadisənin bütün detallarını aydınlaşdırmaq məqsədilə araşdırmalara başlanılıb.
Xatırladaq ki, 2026-cı ilin əvvəlindən etibarən Ermənistan Silahlı Qüvvələrində 13 hərbçinin ölüm halı qeydə alınıb, onların beşi müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.