Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşündə Kimi Antonelli mübarizəni vaxtından əvvəl dayandırıb.
Oxu.Az xəbər verir ki, "Mercedes" komandasının pilotu avtomobilindən düşərək sessiyanı başa vurmalı olub.
Antonelli bolidin hidravlik sistemində problem yarandığını bildirib. O bu səbəbdən sərbəst yürüşü sona qədər davam etdirə bilməyib.
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
Qaynar xətt:
(055) 224 12 12