Türkiyənin səhiyyə naziri Fahrettin Koca elmi şuranın iclasından sonra videomüraciət yayımlayıb.
“Haber Global”ın məlumatına görə, videomüraciət nazirliyin “YouTube” səhifəsində yerləşdirilib.
F.Koca virusa qarşı qələbə hissinin yüksəlməsi fonunda vətəndaşlara xəbərdarlıq edib və sayıqlığı itirməməyə çağırıb. O qeyd edib ki, mayın sonunadək ölkəyə 100 milyon dozalıq peyvəndin çatdırılması gözlənilir.
Bununla yanaşı, nazir Rusiyadan “Sputnik V” peyvəndinin alınmasi ilə bağlı bu ölkənin müvafiq qurumları ilə danışıqların başlandığını bildirib.
F.Koca pandemiyanın nə zaman bitəcəyinin məlum olmadığını da vurğulayıb.
Bilim Kurulu Toplantımız sonrası basın açıklamamızı YouTube kanalımızdan izleyebilirsiniz.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 25, 2021
Video: https://t.co/u3E5IeoquX pic.twitter.com/xAkmwEJR0y