ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) çərşənbə günü, mayın 3-də keçirdiyi iclasında uçot dərəcəsini dəyişməyərək 0,75-1% səviyyəsində saxlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə FED-in rəsmi saytında məlumat verilir.
Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.
İnvestorlar hesab edirlər ki, uçot dərəcəsinin növbəti artımı cari ilin iyun ayında baş verəcək.
S.B.
www.oxu.az