Fələstin Milli Administrasiyası Qüds ətrafında vəziyyət belə davam edərsə, İsraillə bütün razılaşmalara, o cümlədən Oslo müqaviləsinə, xitam vermək niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fələstin Dövlətinin başçısı Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə Zirvə toplantısının yekununa həsr edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib.
“Fələstin və İsrail arasında Osloda razılıq imzalanıb. Lakin vəziyyət dəyişməzsə, biz bu razılıqlardan imtina edəcəyik”, - Mahmud Abbas İstanbulda çıxışı zamanı bayan edib.
S.B.
www.oxu.az