Fəttullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı qruplaşmasının rəhbərlərindən olduğu deyilən və Türkiyəyə daxil olarkən hava limanında saxlanılan Faruk Yıldız həbs olunub.
Оxu.Az xəbər verir ki, FETÖ-çu Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsindəki sənədləşmə işlərinin ardınca Ankara Ədliyyəsinə aparılıb.
İstintaqı aparan prokurora ifadə verən Faruk Yıldız Növbətçi Sülh Cəza Məhkəməsinə göndərilib. Ankara 2-ci Sülh Cəza Məhkəməsi onun həbs olunmasına qərar verib.
Qeyd edək ki, Faruk Yıldız oktyabrın 6-da saxlanılmışdı.
Faruk Yıldız Azərbaycanda yerləşən "Yıldız Elektrik" mağazalar şəbəkəsinin rəhbəridir.
N.H.