Son zamanlar “stress çarxı” adı ilə tanınan “Fidget spinner”lər bütün dünyada sürətlə məşhurlaşır. Nəticədə hər kəs bu çarxları fırlatmaq üzrə ən yüksək nəticəni göstərmək istəyir.
Oxu.Az buzzfeed.com-a istinadən xəbər verir ki, bu dəfə “spinner”i burunda fırlatmaq üzrə yeni dünya rekordu qırılıb.
Amerikalı gənc “spinner”i 1 dəqiqə 46 saniyə burnunun üstündə fırlatmaqla Ginnesin Rekordlar kitabına adını yazdıra bilib.
Həmin görüntüləri təqdim edirik:
İ.N.