Naməlum şəxslər Parisdə Fransanın baş naziri Bernar Kaznevin mənzilini qarət ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən məlumat verir ki, oğrular baş nazirin xidməti sənədlərinə əl vurmayıblar.
Mənzildən hansı əşyaların oğurlanması barədə məlumat verilmir.
Polis ehtimal edir ki, cinayətkarlar mənzilin Bernar Kaznevə məxsus olduğunu bilməyiblər.
İnsident həftənin əvvəlində baş versə də, KİV bu barədə yalnız cümə axşamı xəbər tutub.
S.B.
www.oxu.az