Fransalı müstəntiqlər dövlət əmlakının mənimsənilməsinə dair “Penelopa Fiyon” adlı işə aidiyyəti olan sənədləri əldə etmək üçün Fransa parlamentinin binasına gəliblər.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
BFM TV telekanalının məlumatına görə, müstəntiqlər Fransanın sabiq baş naziri Fransua Fiyonun həyat yoldaşı Penelopanın maaşına dair sənədləri müsadirə etmək niyyətindədirlər.
Keçən həftə Fransanın “Le Canard Enchaîné” qəzeti Penelopa Fiyonun bir neçə il ərzində Fransua Fiyonun köməkçisi kimi qələmə verilərək müvafiq maaş aldığını, amma öz səlahiyyətlərini yerinə yetirmədiyini bildirib. Ona 500 min avro ödənilib.
N.O.
www.oxu.az