Fransanın “Büje” atom elektrik stansiyasında baş verən yanğın söndürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi yerli yanğından mühafizə xidmətinin nümayəndələrinə istinadən məlumat verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, radiasiya səviyyəsinin artması qeydə alınmayıb.
19.06.2017 21:05
Fransanın Lyon şəhərindən 35 kilometr aralıda “Büje” atom elektrik stansiyasında yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Franceinfo” nəşri məlumat yayıb.
Yanğın 2015-ci ildən təmirdə olan nüvə reaktorunun damında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub.
Yaralı və xəsarət alanlar barədə məlumat yoxdur.
Energetiklərin məlumatına əsasən, radiasiya səviyyəsinin artması qeydə alınmayıb.
S.B.
www.oxu.az