Fransanın Set-Sor şəhərində avtomobilin restorana çırpılması nəticəsində səkkiz yaşlı qız ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, avqustun 14-də, BFMTV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, insident zamanı daha beş nəfər xəsarət alıb.
Hadisəni törədən BMW markalı avtomobilin sürücüsü saxlanılıb.
Onun şəxsiyyəti və motivləri barədə məlumat hələlik yoxdur.
S.B.
www.oxu.az