Paris yaxınlığında ətirli kağız istehsal edən fabrikdə partlayış baş verib, altı nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Parisien” qəzeti yazır.
Məlumata görə, hadisə yerli vaxtla bu gün saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00-da) Monruj şəhərində baş verib. Evlərdə ətrin yayılması üçün yandırılan məşhur “papier d"Arménie” kağızını istehsal edən fabrik artıq bir əsrdən çoxdur ki, burada yerləşir.
Partlayış nəticəsində altı nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Partlayışın səbəbləri aydınlaşdırılır.
N.O.
www.oxu.az