Fransada məktəblilərin etiraz aksiyaları zamanı saxlanılanların 85%-i yetkinlik yaşına çatmayanlardır.
Oxu.Az BFMTV telekanalına istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, etirazların başlanmasından bəri hüquq-mühafizə orqanlarının əməkdaşları 7 950 nəfəri saxlayıb.
Bundan əlavə, saxlanılan 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Onların isə 65%-i yetkinlik yaşına çatmış şəxslərdir.
Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda İl-de-Frans bölgəsində başlayıb və hazırda bütün Fransanı əhatə edir.
Aksiya iştirakçıları dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi ərazilərdə nümayişlər iğtişaşlara və polislə toqquşmalara çevrilib.