Fransanın cənubundakı Antib şəhərində baş verən zəncirvari qəza nəticəsində azı 37 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "France 3" telekanalı məlumat yayıb.
Məlumata görə, yük maşını 20-dən çox avtomobilə çırpılıb.
Dəhşətli qəzanı törədən sürücü saxlanılıb. Hüquq-mühafizə orqanları hadisənin qəsd olub-olmadığını müəyyən etmək üçün istintaqa başlayıb.
Telekanalın məlumatına görə, saxlanılan sürücü əvvəllər şübhəli şəxs kimi polisin diqqətini cəlb edib.
Lakin yük maşınının sahibi olan şirkət sürücünü işinin peşəkarı kimi xarakterizə edib və hadisə zamanı onun avtobazaya qayıtdığını bildirib.