Yelisey Sarayının əməkdaşı iki il ərzində Fransa prezidentinin Parisdəki iqamətgahından qab-qacaq oğurlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Məlumata görə, Yelisey Sarayının 40 yaşlı işçisi Tomas M. təxminən 100 əşya oğurlayıb - rəsmi şam yeməkləri və digər tədbirlər üçün istifadə edilən boşqablar, fincanlar və digər qab-qacaq. Oğurlanan əşyaların bəziləri Fransanın mədəni irsi hesab olunur.
Qeyd olunub ki, həmin əməkdaş süfrələrin açılmasına və qab-qacaqların qeydiyyatının aparılmasına cavabdeh olub.