Fransanın cənub-şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin Sen-Remi-de-Moren şəhərciyində olub.
Şəhər valisi bildirib ki, uçuş zamanı iki nəfərlik təyyarə ağaca ilişib və qəza baş verib.
Təyyarənin göyərtəsindəki iki nəfərin turist olduğu ehtimal edilir.
Z.C