İnternetdə İstanbulun Böyükçekmece rayonunda qəzaya uğrayan və göyərtəsində rusiyalıların olduğu helikopterin qəza anlarının əks olunduğu video yayılıb. Qəzanın kadrları YouTube-da yerləşdirilib.
Oxu.Az xəbər verir ki, yerli hakimiyyət qəzaya hava şəraitinin pis olması və pilotun Endem tele-qülləsini görməməsi olub.
Qəzaya uğrayan helikopterin göyərtəsində yeddi nəfər – iki pilot, Eczacıbaşı şirkətlər qrupunun əməkdaşı və onun dörd rusiyalı həmkarı: Aleksandr Vanin, İqor Koçergin, Lyudmila Çurova və Yelena Badraqai olub.
Daha öncə martın 10-da internetdə qəza yerindən çəkilmiş video yayılmışdı.
N.О.
www.oxu.az