Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günəş aktivliyi zəlzələlərə səbəb ola bilər
Tsukuba Universiteti və Yaponiyanın Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları Milli İnstitutundan olan yapon alimləri Günəş aktivliyi, Yerin iqlimi və seysmik fəallıq arasında mümkün əlaqəni müəyyən ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə araşdırmanın nəticələri "Chaos" elmi jurnalında dərc olunub.
Mütəxəssislər zəlzələlər, Günəş aktivliyi və Yer səthinin temperaturu ilə bağlı məlumatları təhlil etmək üçün riyazi və hesablama üsullarından istifadə ediblər. Alimlər kəşf ediblər ki, Yer səthinin temperaturu ilə bağlı məlumatların modellərə daxil edilməsi, proqnozun, xüsusilə dərin olmayan zəlzələlər üçün dəqiqliyini artırıb.
Günəş aktivliyi ilə əlaqədar planetin səthinin temperaturunun dəyişməsi süxurların xassələrinə təsir edərək onları daha kövrək və çatlamağa meyilli edir. Bu proseslər, həmçinin yeraltı suların hərəkətini də dəyişməyə qadirdir ki, bu da öz növbəsində tektonik plitələrin sərhədlərində təzyiqi dəyişə bilər.
Tədqiqat göstərib ki, Günəş istiliyinin Yer səthinə ötürülməsi cüzi olsa da, seysmik aktivliyə təsir göstərə bilər.
Kəşf müəllifləri hesab edirlər ki, Günəş aktivliyi proqnozlarının Yerin temperatur modellərinə daxil edilməsi zəlzələlərin proqnozlaşdırılmasının təkmilləşdirilməsi üçün mühüm alət ola bilər.
"Günəş aktivliyi" teqi üzrə xəbərlər
- Günəş aktivliyi 2025-ci ildə pik nöqtəsinə çatacaq: Maqnit qasırğaları güclənəcək
- Alimlərdən xəbərdarlıq: Günəş aktivliyinin pik həddinə çatır
- Alimlərdən xəbərdarlıq: "Yerdən kənar keçməli olan plazma buludu şənbə günü planetimizi vuracaq"
- Maqnit qasırğaları Yerə necə təsir edir?
- Günəşin aktivliyi onilliklər ərzində maksimum həddə çatıb