Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada VAZ-2109 "Porsche"dən baha satılır - SƏBƏB
Rusiyada VAZ-2109 modeli sıfır kilometr vəziyyətdə 15 milyon rubl (284.6 min manat) qiymətinə satışa çıxarılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Rossiyskaya qazeta" xəbər verir.
"Bu, aşağı panelə malik olan ixrac variantıdır, lakin əsas məqam bu deyil. Avtomobilin salonunda, zavodda qəbulu həyata keçirən şəxs istisna olmaqla, heç kim oturmayıb: qapılarda, o cümlədən beşinci qapıda plomblar var", - deyə portal bildirir.
Avtomobil 1.3 litr həcmində, 64 at gücündə mühərrik və beş pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.
Müqayisə üçün qeyd edək ki, "Porsche Cayenne"nin qiyməti 240 min manatdır.